2969
19:21
12 Fevral 2020

Nazir Dövlət Yol Polisi bölməsinə yeni rəis təyin etdi

Ağstafa rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinə yeni rəis təyin edilib.

APA–nın yerli bürosunun məlumatına görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrə əsasən, bu vəzifəyə Rufan Həsənov təyin olunub.

Qeyd edək ki, buna qədər R. Həsənov Daşkəsən rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi işləyib.