Həbsdəki qohumuna narkotik keçirmək istədi
10 fevral 2020 11:51 (UTC +04:00)

Həbsdəki qohumuna narkotik keçirmək istədi

Cəzaçəkmə müəssisəsinə narkotik keçirmək cəhdinin qarşısı alınıb.

Penitensiar Xidmətdən Lent.az-a verilən məlumata görə, məhkum Kazımov Nicat Əlirza oğlunun görüşünə gələn qohumu, Bakı sakini Quliyev Fərid Novruz oğlunun üzərinə baxış keçirilib. Bu zaman onun cins şalvarının iç tərəfində, xüsusi üsulla tikilmiş yerdə 0,738 qram narkotik maddə - marixuana aşkar edilib.

Qeyd edək ki, məhkum N.Kazımov Cinayət Məcəlləsinin 234.4.1; 234.4.3; 317-2.1; 66.3; 67.1-ci maddələrinə əsasən 13 il müddətinə azadlıqdan məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 944

Oxşar yazılar