747
15:54
09 Fevral 2020

MSK sədri: “Kimsə yerlərdə xoşagəlməz addımlar atırsa...”


“Sosial şəbəkələrdə paylaşılan bütün məlumatlar araşdırılacaq”.

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

MSK sədri həmçinin 125 saylı Zəngilan-Qubadlı seçki dairəsində baş verənlərlə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara da münasibət bildirib.

O qeyd edib ki, əvvəlkindən də kəskin və ciddi ölçü götürüləcək: “Maarifləndirmə, təlimatlandırma baxımından bu qədər əziyyət çəkilib, kaş ki, bunlar olmazdı. Kimsə yerlərdə xoşagəlməz addımlar atırsa, qanunvericiliyə uyğun ölçü götürüləcək. Bu prosesə on minlərlə insan cəlb olunub. Bu insanların müəyyən faizi görünür ki, qeyri-ciddi insanlardır, dəyişdirilməlidir, bu prosesdə onlar iştirak etməməlidir. Onlar haqqında ciddi ölçü götürüləcək”.