464
14:49
09 Fevral 2020

Bu məntəqələrdə "exit-poll" keçirilir

36 saylı Xətai Dördüncü Seçki Dairəsinin 5 saylı seçki məntəqəsində səsvermə prosesi davam edir.

APA-nın xəbərinə görə, səsvermə prosesini 23 yerli və Rumıniyadan olan üç müşahidəçi izləyirlər. Seçki məntəqəsində "Rəy" monitorinq mərkəzi tərəfindən "exit-poll” keçirilir.

Seçki Dairəsinin 6 saylı seçki məntəqəsində isə 19 yerli müşahidəçi var.

36 saylı Xətai Dördüncü Seçki Dairəsinin 7 saylı seçki məntəqəsində isə 21 müşahidəçi səsvermə prosesini izləyir. Bu məntəqədə də "Rəy" Monitorinq Mərkəzi tərəfindən "exit-poll” keçirilir.