328
13:01
09 Fevral 2020

Beynəlxalq müşahidəçi: "Hər hansı pozuntuya rast gəlməmişik"


MDB müşahidə missiyasının Qazaxıstandan olan 3 müşahidəçisi 21 saylı Nəsimi I Seçki Dairəsinin bir neçə məntəqəsində səsvermə prosesini izləyib.

MDB müşahidə missiyasının Qazaxıstandan olan müşahidəçisi Ulan Sarkulov APA -ya bildirib ki, dairə üzrə 7 məntəqədə seçki prosesini müşahidə ediblər.

“İndiyə qədər hər hansı bir pozuntuya rast gəlməmişik. İnsanların müstəqil şəkildə səs verməsi ilə bağlı bütün şərait yaradılıb”, - deyə o vurğulayıb.