18:22
08 Fevral 2020

"Sumqayıt" - "Zirə" oyununda dava düşdü

Azərbaycan Premyer Liqasının XVI turunda keçirilən "Sumqayıt" - "Zirə" oyununda xoşagəlməz hadisə yaşanıb.

Apasport.az saytının məlumatına görə, hazırda ilk hissəsi gedən qarşılaşmada dava düşüb.

Matçın 36-cı dəqiqəsindən sonra meydanda mübarizədən çox futbolçular arasında mübahisə diqqət çəkib. İlkin Muradovun ikinci sarı vərəqə alaraq meydandan qovulması ilə razılaşmayan "Zirə"nin kapitanı Cavid Hüseynov baş hakim Orxan Məmmədova sərt şəkildə etirazını bildirib. Rəqibin hücumçusu Peyman Babayinin araya girməsinə qəzəblənən Hüseynov onun üzərinə şığıyıb. Davanın böyüməsinə digər futbolçular imkan verməyiblər. Ara sakitləşdikdən sonra referi hər iki futbolçunu, eyni zamanda "Sumqayıt"ın yarımmüdafiəçisi Əmir Ağayevi sarı vərəqə ilə cəzalandırıb.

Hazırda oyunun birinci hissəsinin sonlarıdır və hesab 1:1-dir.

Dİgər xəbərlər