14:35
08 Fevral 2020

"Mourinyo mənə bir dəfə də şans vermədi" - Denni Rouz

Müqavilə ilə "Tottenhem"ə məxsus olan Denni Rouz icarə əsasında "Nyukasl"a keçməsinin səbəbini açıqlayıb.

29 yaşlı müdafiəçi baş məşqçi Joze Mourinyonun rəhbərliyi altında "Tottenhem"də oynamaq istəsə də, portuqaliyalı mütəxəssisin ona şans vermədiyini deyib:

"Başqa müdafiəçilərə veriləcək şanslarının olmadığını başa düşürəm. Şəxsən "Tottenhem" və onun üçün oynamaq istədim. Amma mənə bir dəfə də şans vermədi. Bir ay sonra isə anladım ki, şansım olmayacaq. Məşqlərdə özümü göstərmək çox çətin oldu. Münasibətimiz olmasa da, Mourinyo və işinə hörmət edirəm. O, 12-ci pillədə olan "Tottenhem"i qəbul etdi və xal fərqini xeyli azaltdı".

Qeyd edək ki, D.Rouz mövsümün sonunadək "Nyukasl"ın formasını geyinəcək. /qol.az

Dİgər xəbərlər