3134
19:38
07 Fevral 2020

Koronavirusla bağlı yeni İDDİA: yarasadan keçməyibmiş

Çindən dünyaya yayılan koronavirusla bağlı araşdırmalar davam edir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, çinli mütəxəssislərin qarışqayeyənlərdən götürdüyü elementlər koronavirusla 99 faiz üst-üstə düşüb.

Bu səbəbdən virusun yarasalardan deyil, qarışqayeyənlərdən insanlara keçdiyi düşünülür.

Qeyd edək ki, qarışqayeyənlər Çin və bir sıra digər Asiya ölkələrində həm qida kimi, həm də dərman vasitələrinin hazırlanmasında istifadə olunur.