376
10:48
05 Fevral 2020

Soyğunçuluq edən saxlanıldı

Xızıda soyğunçuluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Quba rayonunda regional qrupundan Lent.az -a verilən məlumata görə, rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yeni Yaşma qəsəbə sakini Emin Sadıqov saxlanılıb. Onun qəsəbə ərazisindən Sumqayıt şəhər sakini Rüfət Sadıqova məxsus “Niva” markalı avtomobili qaçırtdığı və Qobustan rayon sakini İlqar Məmmədovun otardığı 40 baş keçini soyğunçuluq yolu ilə apardığı bildirilir.

Saxlanılan şəxs ifadəsində törətdiyi əməllərini etiraf edib.