798
22:42
01 Fevral 2020

Səfir Xəzər İbrahim Çindən gətirilən Azərbaycan vətəndaşları ilə danışıb, səhhətləri normaldır

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim Çinin Uhan şəhərindən Ankaraya enən təyyarədəki vətəndaşlarımızla telefon əlaqəsi saxlayıb.

Bu barədə APA -nın yerli müxbirinə Azərbaycanın Türkiyədəki Səfirliyindən məlumata verilib.

Azərbaycan vətəndaşları səhhətlərinin normal olduqlarını bildiriblər.

Qeyd edək ki, Çinin Uhan şəhərində aralarında Azərbaycan vətəndaşları da olan 42 nəfərin təxliyyəsini həyata keçirən Türkiyənin “Koca Yusuf” ambulans-təyarəsi yerli vaxtla saat 21.12-də Ankaradakı Etimeskut Hava və Hərbi Hava Qüvvətləri Qurumlarının aeroportuna enib.