Rusiya Azərbaycandan idxal olunan pomidoru ölkəyə buraxmayıb.
Lent.az bu barədə qonşu ölkənin KİV-ə istinadən xəbər verir ki, Azərbaycandan idxal olunan 18 ton pomidorun Rusiyaya keçməsinin qarşısı alınıb. Ölkənin fitosanitar xidməti Dağıstan sərhədindən keçməyən pomidorlarda Cənubi Amerikada yayılan virusun olduğunu bildirib.
Qeyd edək ki, fitosanitar xidmətin yaydığı məlumatda həmin pomidorların insan orqanizmi üçün zərərli olduğu qeyd olunub.