Ölümcül virusun görüntüsü yayıldı - İLK DƏFƏ
31 yanvar 2020 16:21 (UTC +04:00)

Ölümcül virusun görüntüsü yayıldı - İLK DƏFƏ

 

Elm adamları bütün dünyada sürətlə yayılan koronavirus 2019-nCoV-un görünüşünü paylaşıblar.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, onlar ştammın yuxarı səthində yerləşən qırmızı sünbüllərə  xüsusi diqqət yetiriblər.

Bu eyni "tac"dır və buna görə virus ailəsi adını alıb. İllüstrasiya ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin saytında yayımlanıb.

Son məlumata görə, virusdan ölənlərin sayı 213 nəfərə çatıb, 10 minə yaxın insan isə virusa yoluxub. 

Ümumdünya Səhiyyə Təşkilatı koronavirus növü 2019-nCoV-nin yayılmasını qlobal əhəmiyyətli bir fövqəladə hal kimi tanıyıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3406

Oxşar yazılar