Lotu Quliyə hücum etməyə hazırlaşan dəstə saxlanıldı
31 yanvar 2020 12:27 (UTC +04:00)

Lotu Quliyə hücum etməyə hazırlaşan dəstə saxlanıldı

İstanbul Təhlükəsizlik Müdirliyi Anri Malvi adlı ukraynalı keçmiş məhkumun başçılıq etdiyi 16 nəfərlik dəstəni saxlayıb.

Dəstə üzvlərindən 3-ü Ukrayna, 8-i Azərbaycan, 4-ü Gürcüstan, biri isə Rusiya vətəndaşıdır.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dəstə polisin həyata keçirdiyi əməliyyat nəticəsində tutulub. Dəstənin lideri Lotu Quli ləqəbli azərbaycanlı Nadir Səlifov və adamlarına hücum etmək məqsədilə Türkiyəyə gəldiyi aydın olub.

Türkiyədə bir çox cinayət hadisələrinə qarışdığı məlum olan dəstə üzvlərindən 12 silah götürülüb.

Türkiyə polisi dəstə ilə bağlı araşdırmalara başlayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4255

Oxşar yazılar