2019-cu ildə Dövlət Gömrük Komitəsindən büdcə daxilolmalarına 119.1 faiz əməl olunub.
Lent.az xəbər verir ki, bu sözləri komitə sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov DGK-nin 2019-cu il ərzindəki fəaliyyətinin yekunlarına həsr olunan Kollegiya iclasında çıxışında deyib:
“Dövlət büdcəsinin gəlirlər hissəsinin formalaşmasında xüsusi rolu olan Dövlət Gömrük Komitəsi 2019-cu il üzrə nəzərdə tutulan 3 milyard 702 milyon manat büdcə öhdəliyinə qarşı 4 milyard 408 milyon 620 min manat gömrük ödənişlərinin toplanmasını təmin edib və proqnoza 119,1 faiz əməl olunub”.
İ.Hüseynov xarici ticarətdə 8 milyard dolların "Yaşıl dəhliz" sistemindən istifadə edən biznes subyektlərinin payına düşdüyünü bildirib:
“Ötən ilin fevralından tətbiq edilən "Yaşıl dəhliz" buraxılış sistemi ölkəmizdə sahibkarlığın inkişafına daha da təkan verib. Artıq 530 xarici ticarət iştirakçısı həm idxal, həm də ixracda bu sistemdən istifadə imkanı əldə edib. Ümumilikdə, xarici ticarət həcminin 8 milyard dolları "Yaşıl dəhliz" sistemindən istifadə edən biznes subyektlərinin payına düşür”.