Ən dəhşətli pedofilə hökm oxundu
29 yanvar 2020 19:56 (UTC +04:00)

Ən dəhşətli pedofilə hökm oxundu

 

Avstraliyada bir neçə ölkədə fəaliyyət göstrən pedofilin məhkəməsi keçirilib. 

Lent.az Lenta.ru-ya istinadla bildirir ki, hökmə əsasən, 53 yaşlı Boris Kunsevitski 59 cinayətdə, o cümlədən uşaq pornoqrafiyası istehsalı və yayılmasında, yetkinlik yaşına çatmayanları zorlamaqda günahkar bilinib. 

Pedofilə 35 il hökm oxunub. O, vaxtından əvvəl azadlığa çıxmaq üçün 28 ildən tez müraciət edə bilməz. 

Kusnevitski Avstraliya tarixində ən dəhşətli pedofil hesab olunur. Məlumata görə, o, minimum 47 oğlanı zorlayıb, Avstraliyadan kənarda 35 mindən çox foto və videoçarx yayıb. 

Kusnevitski 2002-ci ildən 2017-ci ilədək Filippin, Sinqapur və İndoneziyada da qanunsuz pornoqrafiya materialları yayıb. Müstəntiqlərin sözlərinə görə, cinayətlərin böyük hissəsini Filippin ərazisində törədib. 

 

 

# 5210
avatar

Oxşar yazılar