Üç ölkənin ulduzları Bakıda birgə səhnəyə çıxacaq
29 yanvar 2020 16:02 (UTC +04:00)

Üç ölkənin ulduzları Bakıda birgə səhnəyə çıxacaq

Fevralın 22-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cakomo Puççininin “Bohema” operası oynanılacaq.

Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, operada əsas partiyaları ifa etmək üçün Ukrayna Milli Operasının solisti, Ukraynanın Əməkdar artisti Tatyana Qanina (Mimi), Odessa Milli Akademik Opera və Balet Teatrının aparıcı solisti, vokalçıların beynəlxalq müsabiqələrinin qalibi Eduard Martınyuk (Rudolf) və Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının aparıcı solisti, Belarusun Əməkdar artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Vladimir Qromov (Marsel) dəvət edilib.

Operada Ukrayna və Belorusdan dəvət olunmuş vokal ulduzları ilə yanaşı, həm də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistləri - əməkdar artistlər İnarə Babayeva (Müzetta), Tural Ağasıyev (Şonar), Əliəhməd İbrahimov (Parpinol), xalq artistləri Əli Əsgərov (Alsindor), Əkrəm Poladov (Kollen) və başqaları çıxış edəcəklər.

Səhnə əsərini Xalq artisti, professor Yalçın Adıgözəlov idarə edəcək.

 

# 2749
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar