Moskvada XI Beynəlxalq Mstislav Rostropoviç festivalı olacaq
29 yanvar 2020 09:26 (UTC +04:00)

Moskvada XI Beynəlxalq Mstislav Rostropoviç festivalı olacaq

Martın 27-dən 31-dək Moskvada X Beynəlxalq Mstislav Rostropoviç festivalı keçiriləcək.

Lent.az  Mstislav Rostopoviç Fonduna istinadla xəbər verir ki, festival Moskva Konservatoriyasını Böyük zalında olacaq. Beş gün ərzində Rusiyanın və Avropanın ən böyük musiqi kollektivləri festivalda çıxış edəcəklər. Bu böyük musiqi bayramı Rusiyaya ilk dəfə gələn Lyej Kral Filarmonik Orkestrinin çıxışı ilə yekunlaşacaq.

Festival 2010-cu ildə M.L.Rostropoviç Mədəni və Humanitar Proqramlar Fondu tərəfindən təsis edilib. Festivalın təsisçisi və bədii rəhbəri Rusiyanın Əməkdar incəsənət xadimi Olqa Rostropoviçdir.

# 1737
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar