"Divar çökdü, başımı qaldırdım..." - Türkiyədə zəlzələdə zərər çəkən azərbaycanlı
27 yanvar 2020 14:48 (UTC +04:00)

"Divar çökdü, başımı qaldırdım..." - Türkiyədə zəlzələdə zərər çəkən azərbaycanlı

Türkiyənin Elazığ bölgəsində baş verən güclü zəlzələdə zərər çəkən ailələrdən biri də Azərbaycandan həmin bölgəyə köçən Zeynalovalar ailəsidir.

Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, zəlzələdə zərər çəkən azərbaycanlı ailə Acun İlıcalının təqdim etdiyi “Tək Ürək” proqramında  danışıb.

Arzu Zeynalova zəlzələnin 18 aylıq oğlu Kumsala süd verən zaman baş verdiyini qeyd edib: “Üçüncü mərtəbədə yaşayırdıq. Qohumlarımız, həyat yoldaşım evdə idi. Özüm isə övladıma süd verirdim. Hər zaman zəlzələdən çox qorxmuşam. 15 gündür gecə rahat yata bilmirdim. Narahat idim. Yüngülvari ev silkələndi, ərimə zəlzələ olduğunu dedim, mənə gülərək söylədi ki, hər şeyi şişirdirsən. Bir gurultu gəldi, saat yerə düşdü, divar iki yerə bölündü. Dəhlizə doğru qaçdıq, elektrik kəsildi. Uşaq da qucağımdadır. İki-üç addım atdım, evin yarısı çökdü. Ərim bizi qucaqladı, aşağı əyildik. Qarşımızdakı divar da çökdü, başımı qaldırdım ki, hər yan dəmirdir, əlimdən yaralandım, amma məni yalnız övladım maraqlandırırdı.

Üç dəfə yerə düşdük. Çox qorxdum, tez övladıma baxdım. 2 dəfə gözünü açıb mənə baxdı, 3-cüdə belə olmadı, öskürmədi, səsi çıxmadı. Dedim ki, uşaq getdi. Əlimdən heç nə gəlmirdi. Əmizdirmək istədim, gördüm ki, südüm gəlmir. Düşündüm ki, sağ çıxmayacağıq. 7 dəqiqə sonra səs gəldi, bizə köməklik göstərdilər. Şokda idim, zirzəmiyə düşmüşdük. Bu, necə ola bilərdi? Oğlum Kumsalın saçı çox uzun idi, bir neçə gün əvvəl onun saçlarını indi dünyasını dəyişən xanımlardan biri kəsmişdi. Çox təəssüf”.

# 2241
avatar

Oxşar yazılar