Rəsədxanadan kosmik PROQNOZ: Günəş küləyi artacaq
27 yanvar 2020 13:03 (UTC +04:00)

Rəsədxanadan kosmik PROQNOZ: Günəş küləyi artacaq


N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumunu açıqlayıb.

Rəsədxanadan Lent.az-a verilən xəbərə görə, Günəş fəallığı çox aşağı səviyyədə olub. Günəş diskində meydana gələn 2757 (N04W01, Cao/beta) ləkəsi hesabat dövrü ərzində stabil qalıb. Yerə doğru yönələn tac kütlə atılması barədə fikir söyləmək çətindir.

Hesabat dövründə Günəş küləyi üçün sakit şərait hökm sürür.

Geomaqnit sahə, son 24 saat ərzində ümumən çox sakitdir (Kp=1, 2).  Yanvarın 27-29-da Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. Günəş küləyinin 27 yanvarda mənfi qütblülüyə malik tac dəliyindən çıxan yüksək sürətli axınlar effekti hesabına Günəş küləyi parametrlərinin nisbətən artması proqnozlaşdırılır.

Proqnoz dövründə geomaqnit sahədə ümumən sakitlik davam etsə də fasilələrlə az fəal şərait meydana gələ bilər. Maqnit qasırğasının yaranması ehtimalı uanvarın 27-28-də 1%-dən, yanvarın 29-da isə 5%-dən aşağı qiymətləndirilir.

# 1143
avatar

Oxşar yazılar