Rusiyanın əmlak kralları məlum oldu: Üçü azərbaycanlıdır
24 yanvar 2020 12:35 (UTC +04:00)

Rusiyanın əmlak kralları məlum oldu: Üçü azərbaycanlıdır

Rusiyanın əmlak bazarında ən çox qazanan iş adamlarının adları bəlli olub.

Lent.az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, siyahıya “Kiyevskaya ploşad” şirkətinin sahibləri Qod Nisanov və Zarax İliyev başçılıq edir. Onların əmlak bazarından ötənilki gəlirləri bir milyard 500 milyon dolları keçib.

İkinci yeri erməni əsilli biznesmen “Taşir” şirkətinin sahibi Samvel Karapetyan tututb (655 milyon dollar). İlk üçlüyü isə 580 milyon dollarla “Safmar”a başçılıq edən Mixail və Sait-Salam Qutseriev qapayıb (580 milyon dollar).

İlk onluqda bir azərbaycanlı iş adamının da adı keçir. Söhbət "Crocus Group"un sahibi Araz Ağalarovdan gedir. O, altıncı sıradadır.

# 3928
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar