Bakılı milyarder barədə Afrikada cinayət işi qaldırıldı
23 yanvar 2020 17:42 (UTC +04:00)

Bakılı milyarder barədə Afrikada cinayət işi qaldırıldı

Anqolanın keçmiş prezidenti Eduardo duş Santuşun qızı İzabel duş Santuşa ittiham elan olunub.

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 47 yaşlı İzabel vəzifə səlahiyyətlərini aşmaqda, dələduzluqda, sənəd saxtalaşdırılmasında suçlu bilinir.

Anqola hüquq-mühafizə orqanları xanım duş Santuşu “Sonangol” neft şirkətinə rəhbərlik edərkən bəzi cinayətlərdə də ittiham edib.

Qeyd edək ki, İzabel duş Santuş 1973-cü ildə Bakıda anadan olub. Onun atası Joze Eduardo duş Santuş Bakıda Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda (indiki Dövlət Neft və Sənaye Universiteti) təhsil alıb. O, burada Penza sakini, onunla birgə bu ali məktəbdə oxuyan Tatyana Kukanova ilə tanış olur və evlənir. Bu izdivacdan isə İzabel duş Santuş dünyaya gəlir. İzabel Afrikanın ilk qadın milyarderidir. Onun varidatının 3 milyard dollar civarında olduğu bildirilir.

# 4556
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar