
"Naməlum şəxsin insanlara bıçaqla hücum etməsi yalandır"- RƏSMİ

Bakıda restorandan çıxan şəxs ətrafdakı insanlara bıçaqla hücum edilməsi ilə bağlı yayılan məlumatlar əsassızdır.
Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Lent.az-a bildirib ki, tərəflər arasında yaranan mübahisə Əhməd Rəcəbli küçəsində avtomobil yolunda sürücülərin bir-birinə yol verməməsi üstündə baş verib.
Elşad Hacıyevin sözlərinə görə, bıçaqla hücum edilməsi faktı təsdiqini tapmayıb. Fakt üzrə Nərimanov Rayon Polis İdarəsinin təhqiqat şöbəsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək. E.Hacıyev jurnalistlərə bu və ya digər halda polisin fəaliyyət sahəsinə dair məlumatları dərc etməzdən əvvəl informasiyanın düzgünlüyünü dəqiqləşdirməyi tövsiyə edib. Polis mayoru həmçinin bildirib ki, jurnalistlərin suallarına 24 saat ərzində hər hansı bir məhdudiyyət yaradılmadan BŞBPİ-nin mətbuat xidməti tərəfindən cavablandırılır.
Qeyd edək ki, ötən gen gecə saatlarında Nərimanov rayonu Əhməd Rəcəbli küçəsində “Karvan Pub”da mübahisə yaranıb. Yayılan məlumatda bildirilir ki, restorandan çıxan şəxs “Khazar” markalı avtomobildən bıçaq götürərək digər insanlara hücum edərək nalayiq sözlər işlədib. O daha sonra “Khazar” markalı avtomobilə minərək ərazidən uzaqlaşıb.
edsdsds.jpg)
Mehman Nəbiyev
Oxşar yazılar

Gizli işləyən daha bir kafe bağlandı
27 yanvar 2021 , 13:01
Qadın evdən 40 minlik qızıl oğurladı
27 yanvar 2021 , 12:43
Bakıda narkotacir tutuldu, sürdüyü "Jaquar"dan isə...
27 yanvar 2021 , 12:41
Bakıda DƏHŞƏT: qadını tikə-tikə doğradılar
27 yanvar 2021 , 12:20
Azərbaycanda narkotacirlər saxlanıldı
27 yanvar 2021 , 12:19Restorandan oğurladıqlarını su qiymətinə satdılar - FOTO
27 yanvar 2021 , 12:05
Azərbaycanda bir ailənin 6 üzvü zəhərləndi - YENİLƏNİB
27 yanvar 2021 , 11:47
Bakının mərkəzində sex yandı, 1 nəfər...
27 yanvar 2021 , 11:44