Türkiyədə 4,5 bal gücündə zəlzələ: bir neçə evdə çatlar əmələ gəlib
23 yanvar 2020 00:05 (UTC +04:00)

Türkiyədə 4,5 bal gücündə zəlzələ: bir neçə evdə çatlar əmələ gəlib

 

Türkiyənin Manisa vilayətinin Akhisar rayonunda 4,5 bal gücündə zəlzələ olub.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, yerli vaxtla 22:22-də baş verən zəlzələ İstanbul, Bursa, İzmir, Afyon, Uşaq kimi bir çox şəhərlərdə hiss edilib. 

Kandilli Rəsədxanasından verilən məlumata görə, eyni nöqtədə yerli vaxtla saat 22.25-də 4,4 bal gücündə təkanlar qeydə alınıb. 

Qeyd edək ki, gün ərzində eyni ərazidə bir neçə dəfə zəlzələ baş verib. Saat 17:46-da 4,1, 16:49-da 3,3 və 16:18-də isə 3,2 maqnitudada təkanlar hiss edilib. 

Saat 22:22-də baş verən yer silkələnməsində Akhisar rayonunun Çəltikli məhəlləsində bir neçə evdə çatlar əmələ gəlib. Hələlik yaralılar və digər dağıntılar barədə məlumat yoxdur. 

# 1164
avatar

Oxşar yazılar