12:55
22 Yanvar 2020

Məşhur futbolçu rəhbərlikdən xahiş etdi: “Məni buraxın”

“Tottenhem”in futbolçusu Kristian Eriksen klub rəhbərliyinə müraciət edib.

Lent.az -ın məlumatına görə, danimarkalı yarımmüdafiəçi karyerasını İtaliyada davam etdirmək niyyətindədir.

Eriksen rəhbərlikdən onu hazırkı “transfer pəncəsəsi“ndə “İnter”ə buraxmalarını xahiş edib. Tərəflər yaxın günlərdə yenidən görüşüb əməkdaşlığı dayandırmaq barədə müzakirə aparacaqlar.

İngilislər Kristianın keçidindən 20 milyon avro qazanmağı planlaşdırırlar. “İnter” rəhbərliyinin isə Eriksenə görə 15 milyon avro xərcləməyə hazır olduğu bildirilir.

Qeyd edək ki, Danimarka yığmasının üzvü cari mövsümdə “Tottenhem”in heyətində ümumilikdə 27 oyun keçirib və 3 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Dİgər xəbərlər