Rusiya Türkiyəyə S-400 üçün 120-dən çox raket tədarük edib
21 yanvar 2020 06:30 (UTC +04:00)

Rusiya Türkiyəyə S-400 üçün 120-dən çox raket tədarük edib

 

 

Rusiya Türkiyəyə S-400 “Triumf” zenit-raket sisteminin rejimli dəsti ilə birlikdə 120-dən çox zenit idarəedici raket tədarük edib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın hərbi-diplomatik mənbəsi açıqlama verib.

"Türkiyə Rusiyadan iki S-400 diviziyası, 120-dən çox zenit raketi, həmçinin köməkçi avadanlıqlar, ehtiyat hissələri və alətlər alıb", - məlumatda bildirilib. 

Mənbə qeyd edib ki, iki ölkə arasında imzalanan müqavilənin şərtlərinə görə, texnologiyanın Türkiyə tərəfinə təhvil verilməsi nəzərdə tutulmurdu.

Qeyd edək ki, sözügedən müqavilənin qəbul aktı Türkiyə və Rusiya nümayəndələri tərəfindən 2019-cu il dekabrın əvvəlində Ankarada imzalanıb. Sənədin imzalanması ilə Rusiya tərəfindən sistemlərin 20 aylıq zəmanətlə çatdırılması nəzərdə tutulub. 

“Rosoboroneksport” mənbənin verdiyi məlumatla bağlı heç bir şərh verməyib.

# 850
avatar

Oxşar yazılar