Rusiyada qatar avtomobillə toqquşdu: ölənlər var
20 yanvar 2020 09:34 (UTC +04:00)

Rusiyada qatar avtomobillə toqquşdu: ölənlər var

Moskvada sərnişin qatarı ilə “KİA” markalı avtomobil toqquşub.

Lent.az-ın Rusiya KİV-ə istinadən verdiyi xəbərə görə hadisə bu gün səhər saatlarında baş verib. 

Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayət üzrə Baş qərargahının yaydığı məlumatda bildirilib ki, hadisə bu gün saat 04.45-də Moskva-Ryazan dəmir yolunun 67-ci kilometri ilə “MMK-Çeçevilovo” avtomobil yolunun 10-cu kilometrinin kəsişməsində - dəmir yolu keçid xəttində qeydə alınıb. 

İlkin məlumata görə, hadisə nəticəsində “KİA”nın sürücüsü və avtomobildə olan sərnişin yerindəcə dünyasını dəyişib. 

# 1229
avatar

Oxşar yazılar