
Bakıda yanvarın 20-də bu yollar bağlanacaq - SİYAHI
Yanvarın 20-də paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamətin dəyişdirilməsi nəzərdə tutulub.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, yanvarın 20-də səhər saat 08:00-dan mərasim qurtaranadək Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq.
Hərəkətin məhdudlaşdırılması 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilir.
Bununla əlaqədar olaraq, Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi, Teleteatr binasının qarşısından, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni, Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti – Şəhidlər xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək.
Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur.

Hicranə Əlişqızı
Oxşar yazılar

Tarix İnstitutuna yeni direktor seçildi
27 yanvar 2021 , 13:37
Sabah hava necə olacaq? - PROQNOZ
27 yanvar 2021 , 13:15
Düşmənin dağıtdığı evlər və infrastruktur bərpa olunur-FOTOLENT
27 yanvar 2021 , 13:11
Bu siniflərdə dərslərin açılması yubana bilər - SƏBƏB
27 yanvar 2021 , 12:37Dünyaca məşhur fotoqraf Kəlbəcərdən yazdı
27 yanvar 2021 , 12:09
"Qaradağdakı şəhid məzarları ilə bağlı ciddi tapşırıqlar verilib" - Mehdi Mehdiyev
27 yanvar 2021 , 12:06
Yeni nazir kollektivə təqdim edildi
27 yanvar 2021 , 11:54
“Keşikçidağ”a gedən yeni avtomobil yolunun tikintisi başladı - FOTO
27 yanvar 2021 , 11:20