Hülya Avşar keçmiş əri ilə evlənir
17 yanvar 2020 10:39 (UTC +04:00)

Hülya Avşar keçmiş əri ilə evlənir

Türkiyənin məşhur aktrisası Hülya Avşar keçmiş həyat yoldaşı Kaya Çilingiroğlu ilə qızları Zəhranın doğum günündə yenidən bir araya gəlib.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, son günlərdə keçmiş həyat yoldaşı ilə yenidən barışacaqlarına dair zarafatyana açıqlamalar verən Hülya Avşar qızının doğum gününü “Da Mario” adlı restoranda qeyd etdikdən sonra çıxışda jurnalistlərin suallarını cavablandırıb.

Hülya Avşar builki planları arasında yenidən evlənməyi ilə bağlı suala cavab verməyib, gülümsəsə də aktrisanın yanındakı dostu müxbirlərə evlilik üçün yazı gözləyin deyib. Daha sonra Kaya Çilingiroğlunun "bəlkə planda mən də olaram, gözləyin" deməsini jurnalistlər maraqla qarşılayıb.

Qeyd edək ki, keçmiş cütlük 1997-ci ildə evlənib, 2005-ci ildə isə ayrılıblar.

# 2995
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar