Çempionlar Liqasının formatı dəyişdirilir
16 yanvar 2020 14:11 (UTC +04:00)

Çempionlar Liqasının formatı dəyişdirilir

 

Çempionlar Liqasının formatı dəyişdirilə bilər.

Apasport.az saytının məlumatına görə, Avropanın top-komandaları qitənin ən nüfuzlu klub turnirinin genişləndirilməsi ilə bağlı razılıq əldə ediblər.

Dəyişikliklərin detalları açıqlanmasa da, bunun oyun sayına təsir edəcəyi bəlli olub. Çempionlar Liqasındakı matçlar əvvəlki ilə müqayisədə artacaq. Bu artım 4 qarşılaşmadan ibarətdir. Lakin hələlik bu görüşlərin qrup mərhələsinə, yoxsa təsnifat raundlarına təsadüf edəcəyi bilinmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1923

Oxşar yazılar