AFFA Qriqorçukla danışıqlara başladı
16 yanvar 2020 09:20 (UTC +04:00)

AFFA Qriqorçukla danışıqlara başladı

"Astana" ilə yollarını ayıran Roman Qriqorçuk yenidən Azərbaycanda çalışa bilər.

Apasport.az saytının məlumatına görə, bu barədə Ukrayna mətbuatı xəbər yayıb.

Bildirilir ki, Qazaxıstan klubu ilə yenicə sağollaşan təcrübəli mütəxəssisin işsiz günləri çox çəkməyəcək. Onun Azərbaycan millisinin "sükanı arxası"na keçməsi gözlənilir. Həmkarlarımız hətta AFFA-nın 55 yaşlı çalışdırıcı ilə danışıqlara başladığını vurğulayıblar.

Qeyd edək ki, Roman Qriqorçuk 2014-2018-ci illərdə ölkəmizdə "Qəbələ"yə rəhbərlik edib.

# 1368
avatar

Oxşar yazılar