Azərbaycan yığmasında YENİ TƏYİNAT
13 yanvar 2020 17:30 (UTC +04:00)

Azərbaycan yığmasında YENİ TƏYİNAT

 

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin məşqçilər korpusunda dəyişiklik edilib.

Apasport.az saytının məlumatına görə, yığmada yeni təyinat rəsmiləşib.

Komandanın sabiq məşqçisi Üzeyir İbrahimov yenidən millidə çalışacaq. O, qapıçılar üzrə məşqçi kimi fəaliyyət göstərəcək.

Ü.İbrahimov baş məşqçi Samir Əliyevin istəyi ilə komandaya dəvət edilib. Onun son iş yeri U-17 yığması olub. Çalışdırıcı millidə Küveytə yollanan Ramiz Kərimovu əvəzləyib. 

Qeyd edək ki, Ü.İbrahimovun məşqçilər korpusunda yer aldığı U-19 yığması ilə Nikolay Adam və Vüqar Məmmədlə mərhələ adlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1609

Oxşar yazılar