Keçmiş prezidentin ölüm hökmü ləğv edildi
13 yanvar 2020 17:05 (UTC +04:00)

Keçmiş prezidentin ölüm hökmü ləğv edildi

Pakistanın sabiq зrezidenti Pərviz Müşərrə barəsində edam hökmü ləğv edilib.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, Lahor Ali Məhkəməsi keçmiş prezident Pərviz Müşərrəf barəsində çıxarılan ölüm hökmünü qeyri-konstitusional elan edərək ləğv edib.

Qeyd edək ki, ötən ilin dekabrında paytaxt İslamabadda keçirilэт xüsusi məhkəmənin qərarı ilə Pərviz Müşərrəf barəsində edam hökmü çıxarılıb. 2007-ci ildə konstitusiyanı müvəqqəti dayandıraraq ölkədə fövqəladə hal elan etdiyi üçün P. Müşərrəfə qarşı vətənə xəyanət ittihamı irəli sürülüb.

Xatırladaq ki, Pakistanın 12-ci prezidenti olan general P. Müşərrəf 2001-2008-ci illərdə ölkəyə rəhbərlik edib. P. Müşərrəf hazırda Dubayda yaşayır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1281

Oxşar yazılar