Bakıda kişi keçmiş kürəkənini döyüb
13 yanvar 2020 00:08 (UTC +04:00)

Bakıda kişi keçmiş kürəkənini döyüb

 

Bakının Sabunçu rayonunda keçmiş qohumlar arasında mübahisə baş verib.

APA xəbər verir ki, hadisə rayonun Elşən Mehdiyev küçəsində qeydə alınıb.

1964-cü il təvəllüdlü Cəfərov Namiq Mədət oğlu keçmiş kürəkəni, 1989-cu il təvəllüdlü Mahmudov Elgün Rüstəm oğlu ilə mübahisə edib. Əlbəyaxa davaya çevrilən mübahisə zamanı N.Cəfərov keçmiş kürəkənini döyərək ağır xəsarət yetirib.

Dava zamanı xəsarət alan hər iki şəxs 3 saylı şəhər xəstəxanasına çatdırılıb. Yaralılara başın əzilmiş-cırılmış yaraları diaqnozu qoyulub.

İlkin məlumata görə, mübahisə aliment məsələsi üstündə yaranıb.

Hadisənin təfərrüatı araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1311

Oxşar yazılar