Daha bir qadın dəm qazından zəhərləndi
12 yanvar 2020 23:16 (UTC +04:00)

Daha bir qadın dəm qazından zəhərləndi

 

 

Ağsuda dəm qazından zəhərlənmə hadisəsi baş verib. 

APA-nın yerli bürosunun xəbərinə görə hadisə bu gün Ağsu şəhərinin Xətai küçəsindəki 33 nömrəli mənzildə qeydə alınıb. 

Rayon sakini, 1980-ci il təvəllüdlü İslamova Cəmalə Bahadur qızı hamam otağında kustar üsulla quraşdırılan su qızdırıcısının buraxdığı dəm qazı səbəbindən zəhərlənib.

O, təcili olaraq Ağsu rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1191

Oxşar yazılar