838
06:01
12 Yanvar 2020

Britaniyanın İrandakı səfiri etiraz kadrlarını çəkdiyinə görə saxlanılıb

Britaniyanın Tehrandakı səfiri saxlanıldıqdan bir neçə saat sonra azad edilib.

APA-nın Tehran bürosunun "Tasnim" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Böyük Britaniyanın səfiri Robert Makeyr bu gün Tehran Universiteti qarşısında və paytaxtda keçirilən etiraz aksiyalarının kadrlarını çəkərkən saxlanılıb. Səfir bir neçə saat saxlanıldıqdan sonra İran XİN-in müdaxiləsi nəticədində azad edilib.

Bildirilir ki, R.Makeyr etiraz səhnələrini çəkməsinin səbəbləri ilə əlaqədar sabah dindiriləcək.

Məlumata görə, Britaniya səfiri əsasən daim gedib-gəldiyi Əmir Kəbir Universitetinin qarşısındakı mağaza vasitəsi ilə məlumatlandırılıb.