Bu avtobus marşrutunda gediş haqqı "BakıKart"la ödəniləcək
10 yanvar 2020 13:11 (UTC +04:00)

Bu avtobus marşrutunda gediş haqqı "BakıKart"la ödəniləcək

Müntəzəm marşrut xətləri üzrə avtobusların "BakıKart" sisteminə inteqrasiyası davam edir. 

Lent.az-a Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, bu çərçivədə yanvarın 12-dən 38 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı "BakıKart" vasitəsilə ödəniləcək.

Əhalinin vaxtında məlumatlandırılması məqsədilə, 38 saylı marşrut xətti üzrə avtobuslarda elanlar vurulub.   

Qeyd olunub ki, digər müntəzəm marşrut xətləri üzrə də nağdsız ödəniş sisteminə keçidlə bağlı işlər davam etdirilir. İş prosesinə uyğun olaraq qarşıdakı günlərdə digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1893

Oxşar yazılar