Qazanxana partladı: yaralanan var
09 yanvar 2020 10:18 (UTC +04:00)

Qazanxana partladı: yaralanan var

Yevlaxda yanğınla nəticələnən partlayış olub.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, hadisə şəhərdə yerləşən ümumi sahəsi 36 m² olan qazanxanada baş verib. Yanğın nəticəsində qazanxananın içərisindəki 1 ədəd dolab 2 m² sahədə yanıb.

Partlayış dalğasının təsirindən qazanxananın pəncərə çərçivəsi yerindən çıxıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Qazanxana yanğından mühafizə olunub. Yanğın söndürülüb. İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar təhqiqat aparır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1537

Oxşar yazılar