“İnter”dən kapitana təklif
08 yanvar 2020 10:47 (UTC +04:00)

“İnter”dən kapitana təklif


Ötən il “Mançester Yunayted”in 2 futbolçusu - Romelu Lukaku və Aleksis Sançesi transfer edən “İnter” “mankunianlar”ın daha bir oyunçusunu heyətinə qatmaq istəyir. 

Lent.az-ın məlumatına görə, söhbət kapitan Eşli Yanqdan gedir.

34 yaşlı yarımmüdafiəçinin hazırkı komandası ilə müqaviləsinin müddəti yayda başa çatır. Ancaq “İnter” rəhbərliyi cari mövsümün sonunu gözləmək fikrində deyil. A seriyasında çempionluq uğrunda mübarizə aparan Milan təmsilçisi Yanqı bu ay transfer etmək niyyətindədir. Qarşı tərəflə danışıqlara start verilib. Keçid baş tutsa, İtaliya klubu təcrübəli futbolçu ilə 1,5 illik sözləşmə imzalayacaq.

Qeyd edək ki, karyerası ərzində “Uotford” və “Aston Villa” klublarında da oynamış Eşli Yanq 2011-ci ildən “Mançester Yunayted”in formasını geyinir.

# 855
avatar

Rizvan Babayev

Oxşar yazılar