Hərbçimiz şəhid oldu
07 yanvar 2020 18:35 (UTC +04:00)

Hərbçimiz şəhid oldu

 

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbay­can-Ermə­nistan dövlət sər­hə­dindəki təmas xəttində atəşkəs rejimini kobud su­rətdə pozmaqla növbəti dəfə təxribat törədiblər.

Dövlət Sərhəd Xidmətindən Lent.az-a verilən məlumata görə, 2020-ci il  yanvarın 7-də saat 14:56 radələrində Qa­zax rayonu, Quşçu Ayrım kəndi istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən sərhədçi əsgər Fərzəliyev Fərzalı Əlimövsüm oğlu şəhid olub.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quli­yev və digər rəhbər vəzifəli zabitlər hazırda hadisə yerindədirlər, Hərbi Proku­rorluq ilə birgə zəruri tədbirlər həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9988

Oxşar yazılar