10 yaşlı qızın dəhşətli ölümü ilə bağlı yeni məlumat ortaya çıxdı - VİDEO - YENİLƏNİB
07 yanvar 2020 18:01 (UTC +04:00)

10 yaşlı qızın dəhşətli ölümü ilə bağlı yeni məlumat ortaya çıxdı - VİDEO - YENİLƏNİB

Kənd sakinlərinin bildirdiyinə görə, Nərmin Quliyevanın meyiti ötən gün axşam saat 19:20-də evin yaxınlığına atılıb.

Lent.az xəbər verir ki, mərhumun nənəsi Minayə İsmayılova Sputnik Azərbaycan-a cəsədin atıldıqdan sonra yandırıldığını deyib.

"Qonşu axşam yola siqaret çəkməyə çıxıb. Görü ağacın dibində nəsə yanır. Qaçıb başqa qonşunun uşağıyla birgə söndürüb. Üzərinə torpaq töküb söndürüblər. Hər ikisini axşamdan Polis Şöbəsinə aparıblar", - İsmayılova bildirib.

***

Saat:12:49

Tovuz rayonu Dondar Quşçu kənd sakinləri 10 yaşlı uşağın yandırılması hadisəsindən şoka düşüblər.

Lent.az-ın əldə etdiyi məlumata görə, azyaşlı Quliyeva Nərminin meyitini dünən axşam kənd bələdiyyə sədrinin əmisi oğlu və digər sakinlər aşkar ediblər. Onlar kənd ərazisində arxın ətrafında yanğın iyi hiss ediblər və hadisə yerinə yaxınlaşarkən qızın meyitinin yandığını görüblər.

Dondar Quşçu sakinlərindən aldığımız məlumata görə, 10 yaşlı qızın belə faciəvi şəkildə öldürülməsi bütün kənd camaatını şoka salıb. Hadisənin kim tərəfindən törədildiyi heç kimə məlum deyil.

Qeyd edək ki, Quliyeva Nərmin Şərif qızı ötən il noyabrın 21-də toydan çıxıb evə gedərkən itkin düşüb. Dünən axşam isə onun yanmış meyiti tapılıb. Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hadisə sosial şəbəkə izləyicilərinin də böyük qəzəbinə səbəb olub. İstifadəçilər paylaşımlarında azyaşlının amansız ölümünü sərt tənqid ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 40696

Oxşar yazılar