Rusiya İraqın hava hücumundan müdafiə sistemini inkişaf etdirə bilər
07 yanvar 2020 06:25 (UTC +04:00)

Rusiya İraqın hava hücumundan müdafiə sistemini inkişaf etdirə bilər

 

 

“İraq Rusiyanın “S-400” raket sisteminin köməyi ilə hava hücumundan müdafiə sistemini inkişaf etdirə bilər” 

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya Müdafiə Nazirliyinin ictimai şurasının üzvü İqor Korotçenko deyib.

O bildirib ki, İraq hərbi-texniki əməkdaşlıq sahəsində Rusiyanın tərəfdaşıdır: “Rusiya Federasiyası İraqın suverenliyini və hava məkanının etibarlı müdafiəsini təmin etmək üçün lazımi vəsaiti, “S-400” raket kompleksini, o cümlədən “Bum-M3”, “Tor-M2” kimi digər hava hücumundan müdafiə sistemi komponentlərini tədarük edə bilər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2636

Oxşar yazılar