Bakıda 59 yaşlı qadını avtomobil vurub
07 yanvar 2020 01:18 (UTC +04:00)

Bakıda 59 yaşlı qadını avtomobil vurub

 

Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi zamanı yaşlı qadın xəsarət alıb.

APA xəbər verir ki, qəza Dövlət Bayrağı Meydanının yaxınlığında baş verib.

99-TZ-948 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı minik avtomobili yolu keçmək istəyən 1961-ci il təvəllüdlü Nəzərova Nəzifə Məhərrəm qızını vurub.

Yaralı 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Ona boyunun əzilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

# 2770
avatar

Oxşar yazılar