Dağlıq ərazidə köməksiz vəziyyətdə qalan 9 nəfər xilas edilib
04 yanvar 2020 11:48 (UTC +04:00)

Dağlıq ərazidə köməksiz vəziyyətdə qalan 9 nəfər xilas edilib

 

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Siyəzən rayonunun Nardaran kəndində, içərisində 9 nəfərin (onlardan biri azyaşlıdır) olduğu “Mercedes” və “BMW” markalı iki minik avtomobili yolu azaraq dağlıq ərazidə köməksiz vəziyyətdə qalıb. 

Lent.az FHN-ə istinadən verdiyi xəbərə görə, dərhal Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşların xilas olunmasını təmin ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4240

Oxşar yazılar