Azərbaycanda peyvənd olunanların sayı AÇIQLANDI
30 dekabr 2019 14:58 (UTC +04:00)

Azərbaycanda peyvənd olunanların sayı AÇIQLANDI

Ölkə üzrə peyvənd olunanların sayı açıqlanıb.

Lent.az məlumat verir ki, bununla bağlı Səhiyyə Nazirliyinin illik hesabatında bildirilib. Qeyd edilib ki, plan yenidoğulmuşların hepatit B vaksini ilə 98,8, poliomielit əleyhinə vaksinlə - 95,4, vərəm əleyhinə vaksinlə - 95,4, pnevmokok əleyhinə vaksinlə - 94,2, qızılca-parotit-məxmərək əleyhinə vaksinlə - 97 və göyöskürək-difteriya-tetanus əleyhinə vaksinlə - 94,3 faiz yerinə yetirilib.

Bunun nəticəsində xüsusi profilaktika vasitələri ilə idarə olunan xəstəliklərin azaldılması üzrə stabil dinamika əldə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1044

Oxşar yazılar