484
12:32
30 Dekabr 2019

Bakıda iki maşın toqquşdu, sürücülərdən birinin arvadı öldü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az -a Daxili İşlər Nazirliyinin mətbuat ximdətindən verilən məlumata görə, dekabrın 29-da saat 14 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində Sabirabad rayon sakini O.Kərimovun idarə etdiyi “VAZ-2106” və Bakı şəhər sakini N.Məmmədovun idarə etdiyi “London Taxi” markalı avtomobillər toqquşub.

Toqquşma nəticəsində O.Kərimovun sərnişini olan arvadı Gülxar Səməd qızı hadisə yerində ölüb.