
Sükan arxasında siqaret çəkən 36 sürücü cəzalandırıldı

“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanundan irəli gələn bəzi məsələlərin icrası ilə bağlı layihənin icra edildiyi 4-cü rübün sonunda sərnişinlərdən avtobus sürücülərinin sükan arxasında tütün məmulatından istifadə etməsi ilə bağlı ümumilikdə 127 müraciət daxil olub.
Bakı Nəqliyyat Agentliyindən Lent.az-a daxil olan məlumata görə, bu müraciətlər əsasında müxtəlif müntəzəm marşrut xətlərində çalışan 36 nəfər avtobus sürücüsü barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tənbeh tədbiri görülüb. Eyni zamanda, rüb ərzində müvafiq inzibati xəta barəsində daha çox məlumat verən, tütün məmulatlarından istifadəyə qarşı mübarizə tədbirlərində Bakı Nəqliyyat Agentliyinə dəstək olan bir neçə sərnişin isə mükafatlandırılıb.
Qeyd edək ki, 2019 cu ilin yekunlarına əsasən vətəndaşlar tərəfindən ümumulikdə 429 xəta təqdim edilib. 235 sürücü barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən protokol tərtib edilib. Həmçinin, il ərzində fəallıq göstərən və xətalar barədə daha çox məlumat verən 20 sərnişinə isə qiymətli hədiyyə təqdim edilib.
Məlumat üçün bildiririk ki, tütündən istifadə edən avtobus sürücülərinə qarşı mübarizədə sərnişinlərin birbaşa iştirakına şərait yaradan layihənin artıq müsbət nəticələri hiss edilir. Aparılan monitorinqlər zamanı müntəzəm marşrut xətləri üzrə avtobus sürücülərinin tütün məmulatından istifadə hallarında azalma müşahidə edilir.

Aygün İbrahimli
Oxşar yazılar

Tarix İnstitutuna yeni direktor seçildi
27 yanvar 2021 , 13:37
Sabah hava necə olacaq? - PROQNOZ
27 yanvar 2021 , 13:15
Düşmənin dağıtdığı evlər və infrastruktur bərpa olunur-FOTOLENT
27 yanvar 2021 , 13:11
Bu siniflərdə dərslərin açılması yubana bilər - SƏBƏB
27 yanvar 2021 , 12:37Dünyaca məşhur fotoqraf Kəlbəcərdən yazdı
27 yanvar 2021 , 12:09
"Qaradağdakı şəhid məzarları ilə bağlı ciddi tapşırıqlar verilib" - Mehdi Mehdiyev
27 yanvar 2021 , 12:06
Yeni nazir kollektivə təqdim edildi
27 yanvar 2021 , 11:54
“Keşikçidağ”a gedən yeni avtomobil yolunun tikintisi başladı - FOTO
27 yanvar 2021 , 11:20