467
10:21
29 Dekabr 2019

Evdən pulları götürüb gedən ruhi xəstə axtarılır

Dekabrın 25-də, saat 10 radələrində, Sabunçü rayonu, E.Mehdiyev küçəsində yaşayan 29 yaşlı Əzizov Murad Arif oğlu evdən çıxaraq bir daha geri qayıtmayıb.

Lent.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı, 29 yaşlı Əzizova Dürdanə Ağanəzər qızı 12-ci Polis Şöbəsinə müraciət edib.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsində araşdırma aparılır.

Digər itkin düşmə faktı Lənkəranda qeydə alınıb.

Ruhi əsəb xəstəsi olan 45 yaşlı Girdəni kənd sakini Kazımov Azər Namiq oğlu 150 manat pul və şəxsiyyət vəsiqəsini götürərək evdən çıxıb və bir daha geri qayıtmayıb. İtkin düşmə ilə bağlı onun qardaşı S.Kazımov DİN-nin “102” qaynar xəttinə məlumat verib.

Hadisə ilə əlaqədar Lənkəran rayon Polis Şöbəsində araşdırma aparılır.