19:02
27 Dekabr 2019

“Liverpul” icarəyə verdiyi oyunçusunu geri qaytardı

“Ştutqart”da icarə əsasında oynayan müdafiəçi Nataniel Fillips “Liverpul”a qayıdır.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytında məlumat yayılıb.

Mərkəz müdafiəçisi mövqeyində çıxış edən 22 yaşlı Fillips “Ştutqart”a bu ilin avqust ayında keçib, komandanın heyətində ikinci Bundesliqa və Almaniya Kubokunda 11 oyunda meydana çıxıb.

İndi isə klublar icarənin vaxtından əvvəl başa çatmasına razılaşıblar. Beləliklə, Fillips yanvarın 5-də İngiltərə Kubokunun üçüncü mərhələsində “Everton”a qarşı oyunda meydana çıxa bilər.

Qeyd edək ki, “Bolton”un yetirməsi “Liverpul”un əsas heyətində bir oyunda belə meydana çıxmayıb. Onun klubla müqaviləsi 2020-ci ilədək nəzərdə tutulub.

Dİgər xəbərlər