Lotu Qulinin bacısı oğlu Maqa Rustavskini (Məhəmməd Qurbanov) bıçaqlayan şəxsin kimliyi məlum olub.
Lent.az -ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, İstanbuldakı restoranlardan birində düşən davada Maqa Rustavskini Emin Naxçivanski bıçaqlayıb.
Məlumata görə, dostları ilə birgə əylənərkən restorana Qulinin düşmənlərindən olan “Kvejoviç” ləqəbli “qanuni oğru” (Quram Çixladze) daxil olub. Elə Emin də Kvejoviçlə bir yerdə imiş. Maqanı görən “Kvejoviç” və ətrafındakılar dərhal ona hücum ediblər. Nəticədə Maqa Rustavski bir neçə bıçaq zərbəsi alıb.
O, təcili xəstəxanaya çatdırılıb. Məlumatlı mənbənin Rusiya KİV-ə istinadla verdiyi məlumata görə, baş verənlərdən Quli bərk qəzəblənib və o, qisas alacağını bildirib.