Türkiyədə qeyri-qanuni mühacirləri daşıyan gəmi Van gölündə batıb.
APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, ilkin məlumata əsasən, 7 nəfər ölüb, 64 nəfər xilas edilib.
Qeyri-qanuni mühacirləri daşıyan gəmi Adilcevaz bölgəsində Van gölünün Bitlis sahillərində qəzaya uğrayıb. Bölgəyə axtarış xilasetmə qrupları cəlb edilib.